“Joğovurd”: Vahaqn Xaçaturyan dostunu Prezident Aparatına gətirəcək, nazirin ətrafında halqa sıxılır

2023/11/1700808995.jpg
Oxunub: 6101     13:18     24 Noyabr 2023    
Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi son vaxtlar həmişə qalmaqallarla məşğul olur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi fəaliyyətini dayandıran şirkətlərə qrantlar verib.

“Nazirlik 2019-cu il mayın 8-də Nəqliyyat və Rabitə Nazirliyindən Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə çevrilərək, yenidən təşkil edilib. 2018-ci il mayın 16-da Hakop Arşakyan Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini, 2018-ci il oktyabrın 4-də nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, 2019-cu il iyunun 1-də isə yüksək texnologiyalar sənayesi naziri təyin edilib. Ondan sonra 4 ay Hayk Çobanyan, daha sonra isə Ermənistanın hazırkı prezidenti Vahaqn Xaçaturyan vəzifədə olub. Əldə etdiyimiz məlumata görə, Vahaqn Xaçaturyan bir il işlədikdən sonra nazirliyə nəzarəti itirmək istəməyərək, həmin vəzifəyə Robert Xaçatryanı təklif edib. Nəşrimiz Robert Xaçatryanın Vahaqn Xaçaturyanla dostluq əlaqələrinin olduğunu öyrənib. Əldə etdiyimiz məlumata görə, Xaçaturyan yüksək texnologiyalar sənayesi nazirini Prezident Aparatının rəhbəri vəzifəsini tutmaq üçün yanına aparmağa hazırlaşır, çünki onun ətrafında halqa sıxılır. Xaçatryan öz növbəsində sahə ilə heç bir əlaqəyə malik deyil, “Simartek” QSC-də karyera yüksəlişini əldə edib, direktor köməkçisi, direktor müavini, direktor olub. Onu da əlavə edək ki, Xaçatryan digər nazirlər kimi Vətəndaş Müqaviləsi Partiyasının üzvü deyil. Üstəlik, Robert Xaçatryanı “Vətəndaş Müqaviləsi” fraksiyasında qəbul etmirlər, onu itaətkar hesab edirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin