“Joğovurd”: Köçəryan Arayikin istintaq komissiyasına gətirilməsi üçün İlham Əliyevə müraciət edib?

2023/10/arayi-1696487938.jpg
Oxunub: 7123     12:29     24 Noyabr 2023    
44 günlük müharibə ilə bağlı istintaq komissiyasının sədri Andranik Köçəryan iyunun 20-də jurnalistlərə açıqlamasında Arayik Harutyunyanı da istintaq komissiyasına dəvət etməyə hazırlaşdıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, hazırda Arayik Harutyunyanın Azərbaycanda həbsdə olduğunu nəzaərə alanda, onu komissiyaya çağırmaq mümkünsüz olur.

Nəşr Ermənistan parlamentinin “Vətəndaş Müqvailəsi” fraksiyasının deputatı, istintaq komitəsinin üzvü Kristine Poğosyandan Arayik Harutyunyanın istintaq komitəsinə çağırılmasının düzgün olub-olmamasını və bunu necə təsəvvür etdiklərini soruşub.

“Hesab edirəm ki, bu sualı komissiyanın sədri Andranik Köçəryana vermək düzgün olardı. İkincisi, komissiyanın işi artıq dekabrın 3-də başa çatır. Ən böyük istək halında belə, mümkün olmayacaq”, - deyə Poğosyan bildirib.

“Arayik Harutyunyanı Ermənistan parlamentinə dəvət etməyə hazırlaşırsınız, yoxsa artıq Azərbaycan rəhbərliyinə müraciət etmisiniz?” sualına erməni deputat cavab olaraq qeyd edib ki, komissiyada belə bir məsələ müzakirə olunmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin