Netanyahu BMT-ni Qəzzadakı böhrana gec reaksiya verməkdə ittiham edib

2021/01/66644-1609911180.jpg
Oxunub: 6514     23:01     23 Noyabr 2023    
İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin Qəzza zolağında artan humanitar böhrana çox gec reaksiya verdiyini hesab edir.

Ordu.az xəbər verir ki, o bu barədə Belçika və İspaniyadan olan həmkarları Aleksandr De Kroo və Pedro Sançeslə görüşündə bildirib.

“Mən hələ BMT və beynəlxalq təşkilatlardan görmək istədiyim səyləri görməmişəm. Qış yaxınlaşır və Qəzza zolağındakı təhlükəsiz zonalarda onminlərlə çadır qurmamaq üçün heç bir səbəb yoxdur. Lakin BMT təhlükəsiz zonalara daxil olmur və bu, məni heyrətə gətirir”, - Netanyahu deyib.

O qeyd edib ki, İsrail Fələstin anklavının sakinlərinin hərəkəti üçün Qəzza zolağının şimal hissəsindən cənuba doğru təhlükəsiz dəhliz açıb və o bundan sonra mülki itkilərin sayı azalmaqdadır. “Hərbi əməliyyatlar sakinləri xəbərdarlıqlarımıza qulaq asmağa və anklavın cənubuna doğru getməyə məcbur edib. Onlar cənuba çatanda humanitar yardıma çıxış əldə ediblər”, - Netanyahu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   BMT  


Bizi "telegram"da izləyin