“Hakimiyyət çox gözəl başa düşür ki, Rusiya ilə düşmənçilik etsək, çox pis olacaq” - Erməni deputat

2023/02/5s5sd-1675505455.jpg
Oxunub: 4040     16:15     23 Noyabr 2023    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan parlamentdə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər və müdafiə nazirlərinin KTMT-nin sessiyasında iştirak etməyəcəyi məsələsinə toxunub.

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, dekabrda keçiriləcək KTMT tədbirlərinin birində iştirak etməyəcək, lakin bu, Ermənistanın KTMT-dən çıxması demək deyil.

Ordu.az xəbər verir ki, Armen Rüstəmyan “Bunu necə şərh edərsiniz?” sualına belə cavab verib: “Bəs özləri bunu necə şərh edirlər? Heç bir yerdə iştirak etmirlər, lakin bu o deməkdir ki, onlar KTMT-dən çıxmırlar? Dedik ki, bu, demarşdır? Dedilər ki, xeyr, çıxmırıq. Dedilər ki, çıxmırlar. Bəs buna nə ad vermək olar?”.

Erməni deputatın sözlərinə görə, aydındır ki, aşkar demarş aparılır.

Rüstəmyan bildirib ki, bu, Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin davamıdır.

“Hakimiyyət çox gözəl başa düşür ki, Rusiya ilə düşmənçilik etsək, çox pis olacaq. Ona görə də qeyri-müəyyən bəyanatlar verirlər”, - deyə Rüstəmyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin