Erməni deputat: “Qərb və Rusiya deyəcək ki, ya mənimləsən, ya da mənə qarşısan”

2022/04/852-1650696550.jpg
Oxunub: 579     16:50     23 Noyabr 2023    
“Biz bu dövrdə Rusiyanın yaxşı dost olmadığından şikayət edirik, amma Ermənistan hakimiyyəti də çox yaxşı başa düşür ki, Rusiyanı düşmən etsək, çox pis olacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ermənistan hakimiyyəti qeyri-müəyyən bəyanatlar verir.

“Təbii ki, bu çox davam edə bilməz, oriyentasiya problemi yaranacaq. Hər tərəfdən tətbiq olunacaq və burada vəziyyətimiz daha da pisləşəcək, “ya-ya da” vəziyyəti yaranacaq. Qərb deyəcək ki, ya mənimləsən, ya da mənə qarşısan. Rusiya deyəcək ki, ya mənimləsən, ya da mənə qarşısan. Çünki birinin yanında olmaq digərinə qarşı olmaq deməkdir. Bu gün həqiqətən də geosiyasi qarşıdurma buna gətirib çıxarıb. Gedib KTMT-nin iclaslarında iştirak etmək diversifikasiya olar. Gedib KTMT-nin iclasında iştirak etsələr, rütbələr düşməyəcək”, - deyə Rüstəmyan bildirib.

Erməni deputat vurğulayıb ki, Ermənistan KTMT-dən çıxmır, ölkə heç bir iclasda iştirak etmir, bu, açıq-aşkar demarşdır.

“Əgər KTMT-nin heç bir tədbirində iştirak etmirlərsə, amma KTMT-dən çıxmırlarsa, bu nə deməkdir?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin