“Rusların Ermənistan-Türkiyə sərhədindəki xidməti MTX-nin orada olmasına mane olmur” - Erməni deputat (ƏTRAFLI)

2023/11/image-1700723780.jpg
Oxunub: 5518     17:31     23 Noyabr 2023    
“Xalqın seçdiyi bu hökumət Ermənistan xalqının iradəsini əks etdirir”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının sədr müavini, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin bağlanması üçün bütün vasitələrdən istifadə edir.

“Azərbaycan aydın şəkildə təsəvvür edir ki, yolların açılması bizə böyük iqtisadi səmərə verəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək. 10 noyabrdan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan ikinci dəfə bu səhvə yol verməyəcək. Sülh müqaviləsi bir sıra Qərb dövlətlərinin zəmanəti ilə bağlanacaq. Bu günlərdə Rusiyadan cavab gəldi ki, əgər yol açılsa, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəzarəti Rusiya Federasiyası həyata keçirməlidir. Bu heç bir şəkildə ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Yolların təhlükəsizliyini ölkəmizin xüsusi bölməsi təmin edəcək”, - deyə Xaçatryan qeyd edib.

Erməni deputat bildirib ki, rusların Ermənistan-Türkiyə sərhədində sərhəd mühafizə xidməti aparması Ermənistan Milli Təhlükəsizlik Xidmətinin də orada olmasına mane olmur.

“Rusiya sərhədçilərinin funksiyası sərhəd pozuntularının qarşısını almaqdır və bizim MTX-in funksiyası ilə heç bir əlaqəyə malik deyil. Bütün məsələlər müzakirə olunur. Biz Ermənistanın təhlükəsizliyini bütün aspektlərdə təmin etməliyik, lazımi təhlükəsizlik mühitini yaratdıqdan sonra artıq başa düşəcəyik”, - deyə Xaçatryanvurğulayıb.

O əlavə edib ki, hazırda KTMT-dən çıxmaq prosesi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan.  


Bizi "telegram"da izləyin