ASELSAN-ın Ümumi Məqsədli Helikopter Layihəsi “CoC” sertifikatı alıb

2023/11/29_74-1700722613.jpg
Oxunub: 3640     11:56     23 Noyabr 2023    
ASELSAN-ın TUSAŞ və “Sikorsky” ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Ümumi Məqsədli Helikopter Layihəsi “Certificate of Compliance” (CoC) sertifikatı alıb.

Ordu.az xəbər verir ki, Ümumi Məqsədli Helikopter Proqramı çərçivəsində layihənin “Blok 1.0” konfiqurasiyası üçün “CoC” sənədi 2023-cü il iyulun 20-də alınıb.

“Sikorsky” Keyfiyyət Təminatı Şurası tərəfindən verilən “CoC” sertifikatı ilə helikopterin tələblərə uyğunluğu və uçuşa yararlılığı təsdiqlənib.

2016-cı ildə qüvvəyə minən müqavilə ilə başlayan layihədə ASELSAN tərəfindən hazırlanan avionik sistemlərin tələblərə uyğunluğu aparat, proqram, sistem və yer/uçuş sınaqları ilə yoxlanılaraq, “Sikorsky” tərəfindən təsdiq edilib.

Sınaqlara əlavə olaraq, DO-254 və DO-178B sertifikatlaşdırma prosesləri uğurla tamamlanan layihədə hazırlanan bütün aparat və proqram təminatları üçün “Sikorsky” orqanından təsdiq alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TUSAŞ  


Bizi "telegram"da izləyin