“Sarkisyanın vaxtında “İsgəndər” verdilər, sevindik, sonra əmin olduq ki, o “İsgəndər”lər də “İsgəndər” deyil” - Erməni general (ƏTRAFLI)

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 6922     12:39     23 Noyabr 2023    
“Biz KTMT-nin üzvüyük, amma Rusiyanın başçılıq etdiyi KTMT əvvəlcədən pul ödədiyimiz halda bizə heç bir silah vermir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan deyib.

Melkonyan qeyd edib ki, Rusiya indi həmin məbləğləri qaytarmır.

“Digər tərəfdən, Rusiya həm də Bakının müttəfiqidir və fikrimcə, onun Bakı ilə razılaşması var ki, Ermənistanı silahlandırmasın”, - deyə erməni general bildirib.

Erməni deputat Rusiyanın keçmişdə Ermənistana silah verməsi ilə bağlı müşahidələrə belə cavab verib: “Əvvəllər bizim biabırçı razılaşmamız var idi ki, biz ancaq Rusiyadan silah almalıyıq. Rusiya da köhnə silah və texnika verib. 2002-2004-cü illərdə xidmətdə olduğum müddətdə avadanlıqları götürmüşük, təmir etmişik, pul verib təmir etmişik, təmir olunmuş texnikanı da gətirmişik. Son illərdə isə ümumiyyətlə vermirlər. Serj Sarkisyanın vaxtında “İsgəndər” verdilər, sevindik, sonra əmin olduq ki, o “İsgəndər”lər də “İsgəndər” deyil. Onlar adi mərmilər idi. Əminəm ki, azərbaycanlılarla da “İsgəndər”dən qorxmayın” deyən bir razılaşma olub”.

Melkonyan bildirib ki, Ermənistan KTMT-dən çıxsa, Qazaxıstan da dərhal çıxacaq, Moskva bundan qorxur.

“İlk növbədə, KTMT-nin bütün bu müddət ərzində bizə nə verdiyini aydınlaşdırmaq lazımdır. Biz KTMT-nin üzvüyik və rəqib “bizim sərhədlərimizi ələ keçirdi”, KTMT reaksiya vermədi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin