Ermənistan müdafiə naziri ilə hərbi təşkilat sədri arasında münasibətlər gərgindir

2023/11/1700720753.jpg
Oxunub: 4103     10:21     23 Noyabr 2023    
Nikol Paşinyan öz siyasi komandasındakı həmrəylik ab-havası ilə bağlı tezislərin ictimaiyyət arasında tirajlanmasına nə qədər səy və vəsait sərf etsə də, hökumət daxilində, yumşaq desək, gərginlik dərinləşməkdə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, son vaxtlar xüsusilə Ermənistan hakimiyyətinin energetika sektorunun təmsilçiləri arasında kifayət qədər gərgin və mürəkkəb vəziyyət hökm sürür.

“Məlumata görə, Suren Papikyanla Sasun Mikayelyan arasında ciddi gərginlik var. Mənbəmiz bildirir ki, söhbət Müdafiə Nazirliyindən “Yerkrapah” hərbi təşkilatına verilən illik ayırmalarla (pul, yemək, geyim və digər əşyalar) bağlıdır, Papikyanın qərarı ilə sözügedən ayırmalar azaldılıb və bu, Mikayelyanı narahat edib. O, öz qəzəb və narazılığını bildirib, Papikyana qarşı kifayət qədər sərt reaksiya verib. Məlumata görə, bu “bazar”ın xaç atası Andranik Köçəryandır. O bu gərginliyin nəinki dərinləşməsi, hətta Paşinyanın özünə də çatması üçün hər şey edib, Mikayelyana isə sona qədər getmək üçün kənardan ruhlandırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin