Zaxarova: “Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır”

2023/08/3d18c-1693398639.jpg
Oxunub: 7480     17:30     22 Noyabr 2023    
“Moskva üçtərəfli bəyanatlar əsasında Bakı və İrəvan arasında münasibətlərin hərtərəfli normallaşması üzərində fəal çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda residiv (hadisənin təkrar baş verməsi) riski qalmaqdadır: “Bu baxımdan, Rusiya bütün region ölkələrinin və onların qonşularının maraqlarının tarazlığına əsaslanaraq regionun sabitlik zonasına çevrilməsi üzərində işləyir. Bu məntiqdən istifadə edərək biz “3+3” platforması çərçivəsində qarşılıqlı fəaliyyət qururuq”.

O qeyd edib ki, Qərb region ölkələrinin maraqlarına məhəl qoymadan Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır: “Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər”.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin