Rusiya XİN Ermənistanın xarici siyasət vektorunun kəskin dəyişdiyini bildirib

2023/08/1691126942.jpg
Oxunub: 7033     16:54     22 Noyabr 2023    
Ermənistan xarici siyasət vektorunu kəskin dəyişmək niyyətini büruzə verir.

Ordu.az “Armenia Today”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, Ermənistan rəhbərliyinin ölkənin xarici vektorunu dəyişmədən siyasi xəttinin şaxələndirilməsi ilə bağlı bəyanatları əsl niyyətləri gizlətmək cəhdi adlandırıb.

“Aydındır ki, söhbət respublikanın xarici siyasət oriyentasiyasında köklü dəyişiklikdən gedir. Bu isə çox aydın şəkildə, Qərbin təklifi və ya təlqini ilə həyata keçirilir. Digər tərəfdən, onlar inanırlar ki, bu yolla həm yardımın, həm də xüsusi münasibətlərin əvvəlki səviyyəsini qoruyub saxlaya biləcəklər, hər cür yolla bunun üstünü örtməyə çalışırlar”, - Zaxarova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin