Mariya Zaxarova: “İrəvanın Qərbə kor-koranə ümid etməsi iflasa uğradı”

2023/08/3d18c-1693398639.jpg
Oxunub: 1881     16:48     22 Noyabr 2023    
“İrəvanın Qərbə kor-koranə ümid etməsi iflasa uğradı”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, bu, göz qabağındadır: “Bunu görməmək mümkün deyil. Sülh müqaviləsi ilə bağlı danışıqlara dair mövcud duruma baxanda da bunu görmək olar. Proses hələ də dondurulub”.

M. Zaxarova söyləyib ki, Fransanın “Bastion” zirehli texnikasının Ermənistana tədarükü də bunu göstərir: “Bu texnikalar Ukraynada real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdiriblər”.

Onun sözlərinə görə, Fransa Ermənistana likvid olmayan və digər ölkələrə sırıya bilmədiyi bir texnikanı satıb.

“Bu alınan texnikanın Ermənistan ərazisinin suverenliyini necə qoruyacağı qaranlıq olaraq qalır”, - M. Zaxarova deyib.

Qeyd edək ki, “Bastion” zirehli avtomobillərinin tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekornu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub. 20 “Bastion” maşını 12 noyabrda Ermənistana gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin