Rusiya XİN: Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında Aİ və ABŞ-nin vasitəçiliyi nəticə vermir

2023/05/1685453268.jpg
Oxunub: 8537     16:42     22 Noyabr 2023    
“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində Avropa İttifaqı (Aİ) və ABŞ-nin vasitəçiliyində real nəticə yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“ABŞ və Aİ-nin bir sıra səbəblərə görə etibarlı vasitəçi sayıla bilməyəcəyinə baxmayaraq, İrəvan Vaşinqton və Brüsseldə sülh sazişi üzrə danışıqlara can atır. Onların addımları Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəlib", - o bildirib.

Onun sözlərinə görə, ABŞ və Aİ regionda mövcud olan təhlükəsizlik mexanizmlərini məhv etmək istəyir. O əlavə edib ki, onlar Moskvanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatlarla əldə edilmiş nailiyyətləri özünküləşdirməyə çalışırlar.

“Buna görə də onların vasitəçiliyi ilə real nəticə yoxdur və ola da bilməz, çünki bu ölkələr başqa məqsədlər güdürlər”, - M.Zaxarova vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Ermənistan  


Bizi "telegram"da izləyin