Rusiya XİN Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına münasibət bildirib

2023/08/1690973016.jpg
Oxunub: 450     15:36     22 Noyabr 2023    
Ermənistanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammitində iştirak etməmək qərarı təəssüf doğursa da, qapılar açıqdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə versin.

Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”, - Zaxarova qeyd edib.

O vurğulayıb ki, bu, İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin