Hakan Fidan Britaniya və Fransaya səfər edəcək

2023/11/Hakan-1700472149.jpg
Oxunub: 1706     12:28     22 Noyabr 2023    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniya və Fransaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün nazir Hakan Fidan Londona və Parisə səfər edəcək.

"Noyabrın 11-də Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə zirvə toplantısı Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və davamlı sülh əldə etmək istiqamətində tədbirlər görməyi tapşırıb. Nazir Hakan Fidan bu ortaq diplomatik səylər çərçivəsində görüşlər keçirmək üçün 22 noyabr 2023-cü il tarixində London və Parisə səfər edəcək", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Britaniya   Fransa  


Bizi "telegram"da izləyin