Erməni deputat: “Qarabağ erməniləri qalmalı və birləşməli, danışıqlar aparmalı idilər, amma bu baş vermədi”

2023/11/image-1700642363.jpg
Oxunub: 459     15:20     22 Noyabr 2023    
“Sülh kəsişməsi” layihəsi keçmiş sovet dövrünün standartlarına uyğun olan kommunikasiyaların yaradılmasını nəzərdə tutur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, Qafqazda bütün kommunikasiyalar işləməyə başlasa, bu, Rusiya, Hindistan və Birləşmiş Ərəb Əmirliyi də daxil olmaqla bütün əsas oyunçular üçün müsbət olacaq, çünki onlar İrandan keçəcəklər, Ermənistan və ya Türkiyə vasitəsilə Avropaya çatacaqlar.

“Ən vacib məsələ budur. Qatar da olsa, bu, fantastik olacaq. Hazırda Ermənistan və Azərbaycanın yükdaşımalarının 80 faizi, hətta daha çoxu Gürcüstan üzərindən həyata keçirilir. İndi bu, Gürcüstan üçün yaxşıdır, yoxsa pis? Əlbəttə, yaxşıdır. Ona görə də Ermənistan istəyir ki, onun vasitəsilə yük daşınsın, bunun nəticəsində biz önəmli olacağıq, sabah, o biri gün burada nümayəndəliklər olacaq, logistika təşkilatları olacaq”, - deyə Sukiasyan bildirib.

“Qarabağda yaşayan insanlar orada qalmalı idilər?” sualına erməni deputat belə cavab verib: “Onlar qalmalı və birləşməli, danışıqlar aparmalı idilər, amma bu baş vermədi, buna görə çox təəssüf edirəm. Çünki orada belə bir ifadə olub: ya bizdə Cavaxetiya, ya da Naxçıvan olacaq, Cavaxetiya normal yaşamaqdır, inteqrasiya etməkdir, digəri ərazini tərk etməkdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sülh-kəsişməsi   Qarabağ  


Bizi "telegram"da izləyin