“Hraparak”: Dövlətlərarası yollarımız faktiki olaraq Azərbaycanın nəzarəti altına keçəcək

2023/11/image-1700642308.jpg
Oxunub: 760     17:37     22 Noyabr 2023    
Artıq bir aya yaxındır ki, Nikol Paşinyanın “sülhsevər” hökuməti “Sülh kəsişməsi”ndən danışır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən gün Ermənistan hökuməti kəsişmənin nə olduğunu göstərən video da təqdim edib.

“Sülh kəsişməsi” layihəsində 5 yeni gömrük məntəqəsinin tikilməsindən və Hrazdan-Kayan marşrutunun fəaliyyət göstərməsindən, yəni Hrazdandan Azərbaycanın Qazax rayonuna birbaşa daxil olmaqdan bəhs edilir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Kayan İcevanın Ayqehovit icmasında yerləşir, yeni gömrük məntəqəsi Kayanda tikiləcək.

“Tavus vilayətində Ayqehovit Paşinyanın dəstəkləyən kənd kimi məşhurdur, kəndin başçısı da Paşinyanı dəstəkləyir”, - deyə nəşr vurğulayıb.

Nəşr Ayqehovit icmasının başçısı Levon Qriqoryana müraciət edib.

“Kayan Ayqehovit icmasindadir. Necə istismar oluna biləcəyini deyə bilmərəm, dəmir yolu qalır. Sovet İttifaqının dağılmasına qədər istifadə edilib. Daha nə deyim, dəmir yolu var idi, istifadə olunurdu, dövlət var idi, gəlib-gedirdilər, nə deyək? Mənim fikrim yoxdur, heç nə bilmirəm. Nə olacağını, necə işləyəcəyini görəcəyik. Hal-hazırda tamamilə bağlıdır, heç nə işləmir, necə işləyəcəyini görəcəyik, hər dəfə zəng edirsiniz, yazırsınız, sadə söhbət edirəm”, - deyə Qriqoryan bildirib.

Nəşr Ermənistan parlamentinin “Hayastan” fraksiyasının İcevandan olan deputatı Qarnik Danielyanla da danışıb.

Erməni deputat qeyd edib ki, Kayan vasitəsilə dəmir yolunun istismarı Tavusun müdafiə xətti, eləcə də Lori vilayəti üçün böyük təhlükədir.

Danielyan bildirib ki, bu dəmir yolunun istismarı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin