Ukrayna ordusu cəbhə xəttində kəşfiyyat və hücum PUA-larından fəal şəkildə istifadə edir

2023/11/2023--1700637574.jpg
Oxunub: 2367     17:18     23 Noyabr 2023    
Ukrayna ordusu müharibənin davam etdiyi cəbhə xəttində kəşfiyyat və hücum tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə edir.

Ordu.az xəbər verir ki, təxminən 20 aya yaxındır Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Ukraynanın müxtəlif bölgələrində iki ordu arasında toqquşmalar davam edir.

Münaqişələr səbəbindən havada, quruda və dənizdə davam edən döyüş fəaliyyətlərində müxtəlif silahlardan istifadə edilir.

Döyüş təyyarələri və helikopterlərin, tankların, müxtəlif zirehli vasitələrin, artilleriya sistemlərinin, minaatanların və digər ağır və ya yüngül silahların istifadə olunduğu toqquşmalarda kəşfiyyat və hücum tipli PUA-lar da iştirak edir.

PUA və ya dronlarla ötürülən məlumat olmadan hətta artilleriya sistemlərindən belə səmərəli istifadə etmək artıq mümkün olmadığı müharibədə zərbə tipli PUA-lar çox aktiv şəkildə istifadə olunur.

Ordular indi “ucuz” PUA ilə düşmənin çox bahalı tanklarına, artilleriya sistemlərinə və digər silahlarına böyük ziyan vura bildiyindən PUA-lar müharibə zamanı hərbi qulluqçular üçün əvəzolunmaz hala gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin