Ermənistanda müharibə ilə bağlı komissiya heç bir diqqətəlayiq ifşa ortaya qoymayıb

2023/11/timth-1700634064.jpg
Oxunub: 8238     14:20     22 Noyabr 2023    
44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyası digər faydasız və formal parlament komissiyaları arasında bəlkə də özünəməxsus yer tutur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, komissiya 2022-ci il fevralın 10-da hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə yaradılıb.

“Ola bilsin ki, 44 günlük müharibənin şəraitini öyrənmək üçün komissiya çağırılıb, amma indiyədək Andranik Köçəryanın alovlu və hay-küylü bəyanatları və çıxışlarından başqa, onun rəhbərlik etdiyi komissiya heç bir diqqətəlayiq ifşa ortaya qoymayıb. Üstəlik, hakimiyyətin və onun peyk siyasi qüvvələrinin nümayəndələrinin müharibənin şəraitini araşdırması, heç bir halda Nikol Paşinyanı ali baş komandan kimi günahlandıra bilməyəcəyi diqqət çəkir. Müxalifət qüvvələri komissiyanın işində iştirakdan imtina edib. Yeri gəlmişkən, bu hakimiyyətin dövründə, 2019-cu ildə 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatların şəraitini araşdırmaq üçün daha bir komissiya yaradılıb ki, o da yalnız formal xarakter daşıyıb və faktiki olaraq heç bir ifşa ortaya qoymayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Komissiya  


Bizi "telegram"da izləyin