“İlin sonunda “Bayraktar TB3” almağı hədəfləyirik” - Türkiyə HDQ komandanı

2023/11/BAYRA-1700554062.jpg
Oxunub: 5744     16:06     21 Noyabr 2023    
Türkiyədə Hərbi Dəniz Məktəbinin yaradılmasının 250 illik yubileyi məktəbin Heybəliada şəhərciyində təşkil olunan mərasimlə qeyd olunub.

Ordu.az xəbər verir ki, mərasim üçün Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Ercüment Tatlıoğlu, donanma komandanı vitse-admiral Kadir Yıldız və Milli Müdafiə Universitetinin rektoru Erhan Afyoncu ilə yanaşı, admirallar, zabitlər, keçmiş HDQ komandirləri və təqaüddə olan məktəb məzunları gəmi ilə Heybəliadaya gəliblər.

Türkiyə HDQ Komandanlığına aid helikopterlər və suüstü elementlərin müşayiəti ilə gələn özəl bərə gəmisinə Heybəliada sahillərində TCG “Anadolu” personalı tərəfindən dənizçilərə xas “çimariva” adlı salam verilib.

Türkiyənin ilk milli korvetdən sonra ilk milli freqatı inşa etdiyini deyən Tatlıoğlu dekabr ayında dənizdə yanacaq doldurma döyüş dəstək gəmisi “Derya”nı alacaqlarını bildirib.

Türkiyə HDQ Komandanlığı olaraq TB2, “Anka” və “Aksungur” Pilotsuz Uçuş Aparatlarından (PUA) çox səmərəli istifadə etdiklərini deyən Tatlıoğlu bu ilin sonunda TB3 almağı hədəflədiklərini və onu TCG “Anadolu”ya yerləşdirəcəklərini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Bayraktar-TB3  


Bizi "telegram"da izləyin