“Hraparak”: Niyə Samvel Şahramanyan dəvət edilir, Qurqen Nersisyan yox?

2023/11/60-69-1700549956.jpg
Oxunub: 4881     11:01     21 Noyabr 2023    
Ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan 44 günlük müharibə ilə bağlı komissiya tərəfindən Ermənistan parlamentinə dəvət edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, göndərilən “dəvətnamə”də onun ləğv edilmiş qondarma qurumun “başçısı vəzifəsi”ni tutması qeyd olunmayıb, yalnız adı və soyadı yazılıb.

“Şahramanyanın “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərinin dəvətini rədd etmək üçün hər cür əsası var idi, lakin xəbərlər var ki, Şahramanyanın deməyə sözü var, ona görə də noyabrın 24-də keçiriləcək iclasa gedir. Maraqlıdır ki, Şahramanyan ötən gün komissiyanın sədri Andranik Köçəryanın açıqladığı kimi, müharibədən əvvəlki dövrdə “milli təhlükəsizlik xidmətinə rəhbərlik etmiş məmur” kimi dəvət edilir, lakin müharibə dövründə və ondan sonra “baş prokuror” olmuş Qurqen Nersisyanı dəvət etmirlər, halbuki müharibə ilə bağlı bütün işlər onun əlinin altından keçib. Cəlal Harutyunyana gəldikdə isə, komissiya onun məsələsi ilə bağlı hələ də çıxılmaz vəziyyətdədir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq  


Bizi "telegram"da izləyin