Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq

2023/04/0582c-1682604270.jpg
Oxunub: 33782     16:02     20 Noyabr 2023    
Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin noyabrın 22-də keçiriləcək sammitinə videomüraciət ünvanlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə "Rossiya" telekanalının aparıcısı Pavel Zarubin bildirib.

O qeyd edib ki, bu, V. Putinin uzun müddətdən sonra ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunakla eyni tədbirdə ilk iştirakı olacaq.

Rusiya liderinin dünyadakı qeyri-sabitlik barədə danışacağı gözlənilmir.

Sammitə Hindistan ev sahibliyi edəcək.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   G20  


Bizi "telegram"da izləyin