"Hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparırıq" - Şahin Bağırov

2023/11/sahin-1700475227.jpg
Oxunub: 17661     13:30     20 Noyabr 2023    
Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün dövlətimiz tərəfindən ciddi işlər görülür. Dövlət Gömrük Komitəsi olaraq biz də bu proseslərin içindəyik.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

Şahin Bağırov vurğulayıb ki, hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır.

"Eyni zamanda, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələrdə tikinti işlərinə başlanacaq", - deyə Şahin Bağırov əlavə edib.

Qeyd edək ki, Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Gömrük-Biznes Forumu 2023" başlayıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İnkişaf Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Şahin-Bağırov  


Bizi "telegram"da izləyin