Qəzzadan təxliyə edilən Türkiyə vətəndaşlarının sayı açıqlanıb

2023/11/5646c-1700474544.jpg
Oxunub: 25067     13:34     20 Noyabr 2023    
“Müharibə başlayandan bəri 170 vətəndaşımız və onların ailə üzvləri Qəzzadan təxliyə olunub”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Yaxın Şərqdəki müharibəyə görə Qərbi ittiham edib.

H.Fidan söyləyib ki, indiyə qədər 11 təyyarə dolu humanitar yardım Qəzzaya çatdırılıb: “Səhra xəstəxanaları, dərmanlardan ibarət böyük bir gəmimiz də Misirə çatdırılıb”.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Türkiyə  


Bizi "telegram"da izləyin