“İsrailin nüvə silahına sahib olması nüvə silahı uğrunda yarışı artıracaq” - Hakan Fidan

2023/11/Hakan-1700472149.jpg
Oxunub: 32252     19:02     20 Noyabr 2023    
Türkiyə Xarici işlər naziri Hakan Fidan regional nüvə silahı rəqabəti ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Fidan nüvə silahı rəqabətinin regionda mümkün nəticələrini vurğulayıb.

“İsrailin nüvə silahına sahib olması nüvə silahı uğrunda yarışı artıracaq. Bölgəmiz ya nüvə silahından tamamilə azad olmalıdır, ya da digər ölkələr bu baxımdan özlərini daha təhlükəsiz hiss etmək üçün addımlar atmalı olacaqlar”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Digər tərəfdən, 2021-ci ildə Hakan Fidanın MİT-in sədri olduğu dövrdə dərc edilən hesabatda nüvədən əlavə hipersəs raketləri də vurğulanıb. Qeyd hesabatda qeyd olunub ki, klassik təhdidlərlə yanaşı, bu təhdidlər inkişaf etdikcə və dəyişdikcə yeni təhlükə sahələri də ortaya çıxır.

“Məsələn, 2021-ci ildə hipersəs raket sınaqlarının sürətləndirilməsi, kiber texnologiyanın inkişafı, kosmosda rəqabət, kiberhücumlar, virtual reallığın gətirdiyi yeni risk sahələri və ifrat sağçı hərəkətlər ön plana çıxıb”, - deyə hesabatda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   MİT   İsrail  


Bizi "telegram"da izləyin