“Bell Textron” Koreya HDQ-nin sifariş etdiyi “Bell 505” helikopterlərindən ilk 3 ədədinin təhvil verildiyini açıqlayıb

2023/11/51210-5101415901.jpg
Oxunub: 20524     12:00     24 Noyabr 2023    
“Bell Textron” Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) sifariş etdiyi “Bell 505” helikopterlərindən ilk 3 ədədinin təhvil verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Cənubi Koreya ilə “Bell” arasında bağlanan müqavilə çərçivəsində Koreya HDQ-yə ümumilikdə 40 ədəd “Bell 505” helikopteri təhvil veriləcək.

Bütün helikopterlərin 2025-ci ilə qədər Cənubi Koreyaya çatdırılması planlaşdırılır.

İki tərəf arasında müqavilə 2022-ci ilin may ayında imzalanıb. Cənubi Koreya bildirir ki, bu helikopterlərin seçilməsinin səbəbi onların yeni nəsil hərbi helikopter təlimçisi olmaqda mahir olmasıdır.

Məlumata görə, müqavilə məbləği 133 milyon dollardır. Müqavilənin bəndlərindən biri də helikopterlərin Cənubi Koreyada istehsal olunmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Bell  


Bizi "telegram"da izləyin