Malayziyanın döyüş gəmisi tenderini Türkiyənin qazandığı iddia edilir

2023/11/TCG-H-3400941556.jpg
Oxunub: 354     15:57     20 Noyabr 2023    
Muhammad Haziq Hafizan adlı “X” istifadəçisi tərəfindən edilən paylaşımda Malayziyanın “LMS Batch 2” tenderi çərçivəsində Türkiyədən gəmi alacağı bildirilib.

Ordu.az xəbər verir ki, bu kontekstdə hələ rəsmi olaraq Malayziya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməmiş və ya elan edilməmiş olsa da, PAC-LCS İrəliləmə Hesabatında Malayziya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “LMS Batch 2” tenderi ilə Türkiyədən gəmilər alacağı iddia edilir.

Mövzu ilə bağlı açıqlama verən Malayziya Müdafiə Nazirliyinin baş katibi deyib ki, Türkiyədən LMS gəmiləri alırlar.

Ancaq indiki mərhələdə hansı dizaynın və gəmiqayırma şirkətinin qalib gələcəyi məlum deyil. Malayziyanın müdafiə naziri Datuk Seri Utama Mohamad Hasan məsələ ilə bağlı mart ayında Türkiyəyə səfər edib.

Müdafiə mənbələri Türkiyənin rəqabətədavamlı bir qiymətlə iştirak etdiyini bildirib. Razılaşmanın “Goverment to Goverment” olması və Malayziya-Türkiyə münasibətlərinin çox yaxın olması səbəbindən Türkiyənin şansının yüksək olduğu düşünülürdü.

Hazırda STM Ukraynanın MİLGEM korvet satınalma layihəsində, ASFAT isə PN MİLGEM layihəsində gəmiqayırma imkanlarını uğurla sübut edib. Bundan əlavə, DEARSAN da C92 korvet dizaynı ilə tenderdə iştirak edir.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Türkiyə  


Bizi "telegram"da izləyin