Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur - Türkiyə XİN

2023/11/1699507844.jpg
Oxunub: 32932     19:19     19 Noyabr 2023    
Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur.

Ordu.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.

XİN nümayəndəsi deyib: “Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır”.

Noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında türklərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN  


Bizi "telegram"da izləyin