Hakan Fidan: "Türkiyə Qəzzada başqa həll tədbirlərinə əl ata bilər"

2023/11/1699000919.jpg
Oxunub: 25399     00:20     19 Noyabr 2023    
Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.

Ordu.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

"Biz indi blokadanı yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik"- Fidan bildirib.

O qeyd edib ki, “bu üsullar işə yaramırsa, başqa yollar da var”.

Fidan Ankaranın Qəzza böhranının həlli üçün hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan  


Bizi "telegram"da izləyin