“Hraparak”: Şahramanyan 44 günlük müharibə ilə bağlı komissiyada sonuncu “dindirilən” olmayacaq

2023/10/1696223870.jpg
Oxunub: 15507     11:58     18 Noyabr 2023    
Ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan 44 günlük müharibə ilə bağlı komissiyada sonuncu “dindirilən” olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, komissiya Şahramanyandan sonra ləğv edilmiş qanunsuz “hərbi birləşmənin keçmiş komandiri”, 44 günlük müharibə zamanı qanunsuz “hərbi birləşmənin komandiri”, müharibədən sonra ittiham olunan Cəlal Harutyunyana da bildiriş göndərmək qərarına gəlib.

“Andranik Köçəryan komissiyanın işini Cəlal Harutyunyanla yekunlaşdırmaq qərarına gəlib və komissiyanın fəaliyyət müddətinin başa çatması dekabrın əvvəlində elan olunacaq, bundan sonra hesabat iki ay ərzində parlamentə təqdim olunacaq. Xatırladaq ki, Şahramanyan noyabrın 24-də istintaq komissiyasına gedəcək, müxalifət isə komissiyanın fəaliyyət müddətinin avqustda başa çatdığını, hazırkı hərəkətlərin isə səlahiyyətləri aşdığını iddia edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahramanyan   İstintaq  


Bizi "telegram"da izləyin