Türkiyə HDQ komandanı: “Yunanıstan 2020-ci ildə qərbdəki ərazi sularını 12 milədək artırıb” (ƏTRAFLI)

2023/11/Ekran-1700305763.jpg
Oxunub: 17611     14:50     18 Noyabr 2023    
“Yunanıstan problemlərin həlli üçün səy göstərmək əvəzinə daim gərginliyi artıran fəaliyyətlərlə məşğul olur”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Ercüment Tatlıoğlu deyib.

Onun sözlərinə görə, qeyri-hərbi statusu olan 23 ada var, onlardan 19-nu silahlandırıblar.

“Bizim suverenliyi və mənsubiyyəti mübahisəli adalarımız və qayalarımız var. Sanki öz adalarıymış kimi səfərlər təşkil edərək, bu adaları öz adaları kimi göstərməyə çalışırlar. Bir tərəfdən də uyğun mühit tapdıqda öz strategiyalarını diktə etməyə çalışırlar. Məsələn, Yunanıstan 2020-ci ildə qərbdəki ərazi sularını 12 milədək artırıb. Bu mesajı verməyə çalışır: “Fürsət tapsam, Egeydə də 12 milə qədər artıracam”. Avropa İttifaqının dəstəyi ilə Egeydəki adalara və qayalara sahib çıxmağa çalışır. Xülasə, Yunanıstanın məqsədi regional liderlik rolunu öz üzərinə götürməkdir. Biz isə hazırda Kiprdə Magosanın şimal-şərqindəki körpü bölgəsində yeni baza qururuq. Türk Hərbi Dəniz Qüvvələri orada daimi yerləşəcək”, - deyə Tatlıoğlu bildirib.

Tatlıoğlu vurğulayıb ki, Osmanlı İmperiyasının ən güclü olduğu dövr dənizçiliyin ən güclü olduğu dövrdür.

“Osmanlı İmperiyası dənizə və dənizçilərə verdiyi əhəmiyyəti azaltdıqca ərazi itkiləri başladı. Zəif donanma olduğu üçün Egeydəki adalarımız bir güllə də atmadan Yunanıstana verildi. Yunanıstan bunlarla kifayətlənmək istəmir. Öz xəritələrində “bizim” olaraq göstərdikləri yerlər ekranda olduğu kimi bizim bölgələrimizi də əhatə edir. Bildiyiniz kimi, Yunanıstanla aramızda 8 əsas problem var. Onlardan 7-si bizim haqqımızdadır. Söhbət dənizçilikdən gedir”, - deyə o vurğulayıb.

O bildirib ki, pul ödəndiyi halda Türkiyəyə idarə olunan mərmi vermirlər.

“Beləliklə, biz öz idarə olunan raketimizi yaratdıq. “Atmaca” idarə olunan mərmimiz “Harpoon” idarə olunan mərmisindən qat-qat yaxşıdır, biz onu inventara əlavə etdik. Kütləvi istehsal davam edir. TB2-lər, “Anka”lar, “Aksungur”lar hazırda istifadə olunur. “Anadolu” gəmisində istifadə edəcəyimiz TB3-lər bu ilin sonunda hazır olacaq. Uçuşlarından müsbət nəticə aldığını öyrəndik. Biz İnsansız Dəniz Platformalarında (İDP) da çox yaxşıyıq. Bu ilin sonunda 4-cü növünü alacağıq. “Salvo” İDP də gələn il inventara daxil olacaq. Kamikadze İDP-lər üzərində də işləyirik. Biz bəyan edirik ki, Qara dənizdə NATO və ya ABŞ-ni istəmirik. Məqsədimiz Montrö boğazlar konvensiyasına əməl edilməsidir. Qara dənizi Yaxın Şərqə çevirməməlidirlər. Biz heç bir ölkənin və ya NATO-nun Qara dənizə daxil olmasını istəmirik. Yunanıstan gəmilərin sayına görə bizdən aşağı səviyyədə idisə, indi demək olar ki, eyni səviyyədəyik. 25 PUA, 12 dəniz patrul təyyarəsi, 3 ümumi məqsədli təyyarə və 41 helikopter daxil olmaqla yaxşı dəniz hava gücümüz var”, - deyə Tatlıoğlu əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Yunanıstan  


Bizi "telegram"da izləyin