Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşır

2023/11/daras-1700287631.jpg
Oxunub: 32743     14:43     18 Noyabr 2023    
Britaniya kəşfiyyatının məlumatına görə, peykdən çəkilən son görüntülər Rusiya qüvvələrinin müəyyən ərazilərdə kütləviləşdiyini və yeni böyük hücuma hazırlaşdığını ortaya qoyur.

Ordu.az xəbər verir ki, Britaniya kəşfiyyatı peyk görüntülərinə əsaslanan hesabatında Rusiyanın Saratov vilayətindəki Engels aviabazasında əhəmiyyətli dərəcədə strateji bombardmançı təyyarə cəmləşdirdiyini və Ukraynaya böyük hücuma hazırlaşdığını iddia edib.

Hesabata görə, noyabrın 13-nə Rusiya qüvvələri bu aviabazada 7 “Tu-95MS” (MSM) və 4 “Tu-160” bombardmançı təyyarəsi yerləşdirib.

Engels aviabazasında ümumilikdə 11 uzaqmənzilli strateji bombardmançı və raketlər yerləşdirilib.

Peyk görüntüləri həmçinin aviabazada yerləşdirilmiş çoxlu Pilotsuz Uçuş Aparatının mövcudluğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin