Ordumuz düşmənə məxsus diviziyanın bütün tərkibini necə məhv edib? - Erməni hərbi qulluqçu danışır

2023/11/88359-1700227615.jpg
Oxunub: 32435     17:23     17 Noyabr 2023    
Ermənistanın Həqiqət və Ədalət Mərkəzi 2020-ci ildəki 44 günlük müharibə ilə bağlı hesabat dərc edib.

Ordu.az xəbər verir ki, hesabatda ləğv edilmiş qanunsuz “hərbi birləşmə”nin N hərbi hissəsinin D-20 artilleriya diviziyasının (“Tsor” bölüyü) hərbi qulluqçularından bəhs edilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 12-də Füzuli rayonunda bölük Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınıb. Nəticədə bölüyün 20 erməni hərbi qullquçusu döyüşlərdə məhv edilib.

Hesabatda qrupun xilas olmuş erməni hərbi qulluqçularının dindirilməsi də var. 2023-cü il iyunun 23-də 2000-ci ildə Ermənistanda anadan olmuş şahid bildirib ki, 2019-cu ilin yanvar ayında D-20 artilleriya diviziyasının tərkibində olan “Tsor” hərbi hissəsində qulluq edən müddətli hərbi qulluqçu kimi ordu sıralarına çağırılıb.

O qeyd edib ki, hərbi əməliyyatlar zamanı 30-a yaxın şəxsi heyətdən ibarət D-20 artilleriya diviziyası Əsgəran yaxınlıqdakı ərazilərdən birinə, daha sonra isə Ağdam rayonunun Gülablı kəndi yaxınlığındakı mövqelərə yerləşdirilib.

Gülablıda beş-altı gün döyüşdükdən sonra diviziya Hadrut bölgəsinə yerləşdirilib.

Orada bir gecə qalıblar və sonra iş üçün Füzuliyə gediblər. Təxminən 5 gün Füzulidə qalaraq, döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra diviziya ermənilərin “Cuvarlu” adlandırdığı əraziyə hərəkət etmək əmri alır.

2020-ci il oktyabrınm 10-da qrup ermənilərin “Cuvarlu” adlandırdığı ərazinin yaxınlığında yerləşdirilib. Onların yerləşdiyi ərazi əsasən açıq sahə olub.

Diviziya oktyabrın 12-si, saat 17:00 radələrinə qədər orada atəş mövqelərini tutub və döyüş tapşırıqlarını yerinə yetirib. Diviziyanın müşahidə məntəqəsi silahlı qrupun onların istiqamətinə doğru hərəkətini müşahidə edib.

Bu, 150-200 nəfərə yaxın şəxsi heyətdən ibarət Azərbaycan Ordusunun bölməsi olub. Azərbaycan Ordusunun hərbi qulluqçuları “Tsor” bölüyünü və texnikanı artilleriya silahlarından və minaatanlardan atəşə tutmağa başlayıblar, nəticədə erməni silahlıların qrupu itki verib, xeyli yaralı olub.

Şahidin sözlərinə görə, onların bölüyü artıq meydanda olanda Azərbaycan Ordusu təpədən enirdi. Döyüş 20-30 dəqiqə davam edib. Şahid 5 erməni hərbi qulluqçunun ayaqlarından, kürəyindən, çiyinlərindən və əllərindən necə yaralandığını görüb.

Təxminən bir saat və ya bir saat yarım sahədə qalıblar. Güllələri bitdikdən sonra erməni baş zabit yaralı əsgərləri çıxarmaq üçün avtomobilə yaxınlaşmağı əmr edib. Şahid əmri yerinə yetirərkən ona atəş açılıb və yaralanıb.

O, avtomobilə dəyən qumbaranın qəlpələrindən ayağından da yaralanıb. Avtomobil sıradan çıxarılıb və o, bir az geri çəkilə bilib. Şahid bildirib ki, güllələr bitdikdən sonra atışma dayanıb, Azərbaycan Ordusunun erməni hərbi qulluqçulara necə yaxınlaşdığını eşidib.

Şahid 2020-ci il oktyabrın 16-da internetdə yayılan videoya da toxunub. Şahid videonun keyfiyyətinin aşağı olması səbəbindən bir neçəsi istisna olmaqla, videodakı demək olar bütün şəxsləri tanıyıb. Şahid də daxil olmaqla bəzi erməni hərbi qulluqçular atəş mövqeyindən çıxa biliblər, 20 erməni hərbi qulluqçu və hərbi hissənin artilleriya rəisi artıq ölmüş və ya ağır yaralanmış vəziyyətdə atəş mövqeyində qalıb.

Növbəti ilin axtarışları nəticəsində 20 erməni hərbi qulluqçunun qalıqları tapılıb, artilleriya bölməsinin rəisi isə hələ də itkin düşmüş hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu   Döyüş   Müharibə  


Bizi "telegram"da izləyin