İllik məzuniyyət günlərinin sayı qanun pozuntusu ilə hesablanıb - Ermənistanın ehtiyatda olan hərbi qulluqçularının təşəbbüsü

2023/11/1700123102.jpg
Oxunub: 34738     15:29     16 Noyabr 2023    
“Ermənistanın Baş prokuroru A.Vardapetyana cinayət barədə məlumat. İllərdir Ermənistanın ehtiyatda olan hərbi qulluqçularının təşəbbüsü bildirir ki, hərbi qulluqçulara və onlara bərabər tutulan şəxslərə il ərzində verilən illik məzuniyyət günlərinin sayı qanun pozuntusu ilə hesablanıb, xüsusilə illik məzuniyyət günlərinin sayı iş günləri əvəzinə təqvim günləri ilə verilib və verilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ehtiyatda olan hərbi qulluqçularının təşəbbüsü “Facebook” səhifəsində bildirib.

“Ermənistan Ombudsman Aparatının 2018-ci il hesabatında, Ermənistan İctimai Şurasının 2021-ci il hesabatında yuxarıda qeyd olunan problemin mövcudluğu bildirilib, eləcə də 27.06.2022-ci il tarixli mətbuat konfransı zamanı Nikol Paşinyan da problemin mövcudluğunu qeyd edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin