“Müdafiə Nazirliyinin əsaslı xərcləri 49 faiz az icra olunub” - Erməni deputat

2023/11/1700122823.jpg
Oxunub: 24371     14:00     16 Noyabr 2023    
“2023-cü ilin yanvar-oktyabr ayları üçün rəsmi məlumatlar aşağıdadır. Ümumi əsaslı xərclərin 51,5 faizi yerinə yetirilməyib, yəni hesabat dövrü üçün dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 564,7 milyard dramdan cəmi 273,6 milyard dramı xərclənib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun təşkilatının Ermənistan ali orqanının üzvü Tadevos Avetisyan bildirib.

Onun sözlərinə görə, ümumi məbləğin təxminən 30 faizini təşkil edən Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinin əsaslı xərcləri 51 faiz az icra olunub.

“Səhiyyə Nazirliyinin əsaslı xərcləri 60 faiz az icra olunub. İqtisadiyyat Nazirliyinin əsaslı xərcləri 64 faiz az icra olunub. Ekologiya Nazirliyinin əsaslı xərcləri 61 faiz az icra olunub. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əsaslı xərcləri 79 faiz az icra olunub. Müdafiə Nazirliyinin əsaslı xərcləri 49 faiz az icra olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müdafiə infrastrukturunun yaxşılaşdırılmasına yönəldilən əsaslı xərclər 56 faiz az icra olunub. Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin əsaslı xərcləri 60 faiz az icra olunub. Şəhərsalma Komitəsinin əsaslı xərcləri 75 faiz az icra olunub. Mövcud hökumətin sütunu olan Ermənistan polisinin kapital xərclərinin aşağı performansı isə əhəmiyyətli dərəcədə aşağıdır, cəmi 38 faizdir”, - deyə Avetisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi   Xərc  


Bizi "telegram"da izləyin