Hesabat: İranda üç atom bombası yaratmaq üçün kifayət edəcək zənginləşdirilmiş uran var

2023/11/1700110817.jpg
Oxunub: 23761     01:06     16 Noyabr 2023    
İranda üç atom bombası yaratmaq üçün kifayət edəcək zənginləşdirilmiş uran var.

Bu barədə Ordu.az Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatına əsasən məlumat verir.

Qeyd olunub ki, İranda kifayət qədər 60%-ə qədər zənginləşdirilmiş uran var - silah dərəcəsinə yaxın, onun köməyi ilə üç atom bombası yaratmaq mümkündür.

Hesabatda deyilir ki, İran tərəfi agentliyin işinə maneçilik törədir, Tehran öz mütəxəssislərinə yeni monitorinq avadanlığının quraşdırılmasına imkan vermir və bəyan olunmamış iki sahədə uran hissəciklərinin olmasını izah etməkdən imtina edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Atom-bombası  


Bizi "telegram"da izləyin