"Paşinyanın KTMT sammitindən imtina etməsi, İrəvan-Kiyev dostluğu bir zəncirin halqalarıdır" - Zaxarova

2018/04/567567_1523532664.jpg
Oxunub: 26357     20:49     15 Noyabr 2023    
Ermənistan baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirakdan imtina etməsi, qərbin Ermənistana silah tədarükünün genişlənməsi, İrəvanla Kiyevin dostluğu bir zəncirin halqalarıdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanı Ermənistandan qoparmağa çalışır:

“Qərbin Ukraynada planları tam uğursuzluğa uğrayandan sonra onlar Ermənistandan vəhşi kimi yapışıb onu Rusiyadan qoparmağa çalışırlar”.

Zaxarova qeyd edib ki, Moskva Ermənistan rəhbərliyinin - baş nazir Nikol Paşinyanın Minskdəki KTMT sammitində iştirakdan imtina etməsinə, qərb silahlarının respublikaya tədarükünün genişlənməsinə, qəfil İrəvan və Kiyev dostluğu daxil olmaqla son addımlarına bir zəncirin halqaları kimi baxır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Paşinyan  


Bizi "telegram"da izləyin