Zaxarova: "Regionda nəqliyyat komunikasiyalarının açılması sonlandırılmayıb, İrəvan isə susur"

2023/08/1690973016.jpg
Oxunub: 29229     20:09     15 Noyabr 2023    
“Üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı Cənubi Qafqazda nəqliyyat kommunikasiyaların açılması prosesi hələ də sona çatdırılmayıb. Ermənistan isə bu barədə susur”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, bu illər ərzində bir neçə dəfə qarşılıqlı sərfəli nəticələrin qəbulu yaxın olub:

“Hansı ki, bu həll həm Ermənistana, həm də Azərbaycana bir-birilərinin yol infrastrukturlarından istifadə etməyə imkan verərdi. Beləliklə, Ermənistan-Azərbaycan münasibətlərin sağlamlaşdırılması və Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı irəliyə böyük addım atılardı. Lakin bu şans dəfələrlə əldən verilib. Növbəti dəfə bu il mayın 25-də Moskvada üçtərəfli sammit zamanı işçi qrupa nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı texniki məsələlərin başa çatdırılması tapşırığı verilib. Bir həftə sonra, iyunun 2-də Moskvada üçtərəfli işçi qrupun 12-ci iclasında Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatının bərpa olunması ilə bağlı ümumi anlaşma əldə olunub", - deyə XİN rəsmisi bildirib.

Zaxarova bildirib ki, Ermənistan tərəfinə kağız üzərində əldə olunmuş razılaşmanı sona çatdırmağa nəsə maneə olub:

"Biz nəyin maneə olduğunu yaxşı bilirik. Bu, Ermənitsanın hazırki rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətləridir. Bu dostlar üçtərəfli razılaşmalarının həyata keçirilməsinə, Bakı ilə İrəvanın barışmasına yardım etmək əvəzinə əldə olunan müsbət prosesə maneə olur. Rusiyanın səylərinə maneə olur. İrəvan ABŞ və Avropa İttifaqının məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin