Zaxarova: “Ukraynada uğursuzluğa düçar olan Qərb indi də Ermənistandan yapışıb”

2023/09/Ekran-1693926281.jpg
Oxunub: 31357     20:09     15 Noyabr 2023    
Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, - o deyib.

M.Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir. “Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”, - diplomat vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin