"Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır" - Zaxarova

2021/08/ca77d-1630070401.jpg
Oxunub: 30862     19:03     15 Noyabr 2023    
Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.

“Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq. Biz bunun şəffaf, qarşılıqlı faydalı şəraitdə baş verməsinin tərəfdarıyıq. Bu, sadəcə söz deyil, işdir”, - deyə o bildirib.

O qeyd edib ki, baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində həm Ermənistan, həm Azərbaycanın, həm də onların qonşularının maraqlarına uyğun olaraq məhz bu cür iş aparılır.

“İrəvanda bundan xəbərsizdir? Onlar bunu çox yaxşı bilirlər. Bu qrup daxilində iş hər hansı tənqidə səbəb oldumu? Heç vaxt. Niyə? Çünki onun bərabər hüquqları var. Üçtərəfli İşçi Qrupu öz fəaliyyətini Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmalar əsasında həyata keçirir”, - Zaxarova deyib.

Onun sözlərinə görə, üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb.

“İyunun 2-də işçi qrupunun 12-ci iclasında danışıqlarda mühüm irəliləyiş qeydə alınıb. Xüsusilə Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma əldə olunub. Amma yenə də Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa nəsə mane oldu. Və biz nəyin mane olduğunu çox yaxşı bilirik. Bu, Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətidir”, - deyə o, əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin