Erməni deputat Zaxarovaya cavab verib: "Üçtərəfli bəyanatı oxuyun və müqayisə edin"

2023/11/65536-1699964766.jpg
Oxunub: 418     15:58     14 Noyabr 2023    
"Ermənistan Respublikasının yurisdiksiyası Ermənistan Respublikasının bütün ərazisində fəaliyyət göstərir".

Ordu.az Armenia Today-a istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş Müqavilə”si parlament fraksiyasının deputatı, Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan mətbuat konfransı zamanı bildirib

O, Ermənistanın hər hansı ölkəyə eksterritorial ərazi vermək öhdəliyinin olmadığını deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycanla Naxçıvanla birləşdirəcək yola Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin nəzarət etməsi ilə bağlı bəyanatını şərh edən Eqoyan qeyd edib:

“Mətni (üçtərəfli bəyanatın - red.) oxuyun və müqayisə edin. Ermənistan Respublikasının yurisdiksiyası Ermənistan Respublikasının bütün ərazisində fəaliyyət göstərir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-deputat   Zaxarova  


Bizi "telegram"da izləyin