Son 2 ildə Kolumbiyanın Medellin çayında 55 cəsəd tapılıb

2023/11/1699938926.jpg
Oxunub: 15032     09:02     14 Noyabr 2023    
Son 2 ildə Kolumbiyanın Medellin çayında 55 nəfərin cəsədi aşkarlanıb.

Ordu.az xəbər verir ki, Medellin polisinin verdiyi açıqlamaya görə, bu il ərzində çaydan 29 cəsəd çıxarılıb.

Bildirilib ki, tapılmış cəsədlərə diaqnozun qoyulması üçün ölkənin Məhkəmə Tibb Ekspertizası Mərkəzində müayinələr davam etdirilir.

Açıqlamada qeyd olunub ki, meyitlərin müayinəsi zamanı 26 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb.

Məlumatlara görə, 2022-ci ildə Medellinin müxtəlif bölgələrində 437, bu il isə 421 nəfər qətlə yetirilib.

Bir vaxtlar məşhur olan Medellin çayı narkotik baron Pablo Eskobarın əmri ilə öldürülən insanların “kütləvi məzarlığı” adlanırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Medellin-çayı  


Bizi "telegram"da izləyin