Bakıda Şimali Kiprin yaradılmasının 40 illiyi qeyd edilib

2023/11/Ekran-1699894162.jpg
Oxunub: 286     20:14     13 Noyabr 2023    
Bakıda Şimali Kipr Türk Respublikasının elan edilməsinin 40-cı ildönümü münasibətilə rəsmi ziyafət verilib.

Ordu.az-ın xəbərinə görə, tədbirdə Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları, siyasətçilər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ziyafətdə çıxış edən U.Turqaner söyləyib ki, türk milləti əsarətə, işğala heç bir zaman boyun əyməyib: “Bizim mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür. Məruz qaldığımız bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır. Ana vətənimiz Türkiyədən aldığımız dəstəklə mübarizəmiz bu gün də davam edir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərindən bəhs edib: “Münasibətlərin inkişafı məmnunluq doğurur”.

Sonda xatirə fotosu çəkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Şimali-Kipr  


Bizi "telegram"da izləyin