Fransa Ukraynaya öz arsenalından silah tədarükünü dayandıracaq

2023/11/65523-1699891133.jpg
Oxunub: 288     19:36     13 Noyabr 2023    
Fransa Ukraynaya öz arsenalından silah tədarükünü dayandıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu yerli telekanala açıqlamasında bildirib.

Parlamentinin hesabatına istinadən edən nazir qeyd edib ki, Fransanın Ukraynaya hərbi yardımlarının həcmi artıq 3 milyard avroya çatıb. O əlavə edib ki, Fransa büdcəsindən 200 milyon avro Kiyevi dəstəkləmək üçün yaradılmış fond üçün ayrılıb və Ukrayna buradakı vəsaitdən yalnız fransalı istehsalçılardan silah almaq üçün istifadə edə bilər.

Nazirin sözlərinə görə, Paris Kiyevə HHM sistemlərinin, PUA əleyhinə sistemlərin, quru qüvvələri üçün artilleriya və nəqliyyat vasitələrinin tədarükünə fokuslanıb.

Nazir qeyd edib ki, Kiyevə 30-u Fransa, 19-u Danimarkadan 49 özüyeriyən artilleriya vasitəsi və haubitsa təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin