Hakan Fidan Qətərin Baş naziri ilə Qəzzanı müzakirə edib

2023/11/1699000919.jpg
Oxunub: 35000     17:40     13 Noyabr 2023    
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə telefon danışığı aparıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-dən diplomatik mənbə bildirib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı son hadisələr müzakirə edilib. Bundan əlavə, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilən qərarların davam etdirilməsi üçün görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Qətər  


Bizi "telegram"da izləyin