Ermənistan MN Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib

2023/11/65522-1699882143.jpg
Oxunub: 27516     17:15     13 Noyabr 2023    
Ermənistan Müdafiə Nazirliyi Fransanın “ACMAT Bastion” zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərlərin şərhindən imtina edib.

Ordu.az “Sputnik Armenia”ya istinadən bildirib ki, bu barədə Nazirliyin mətbuat katibi Aram Torosyan bildirib.

Torosyan qeyd edib ki, Müdafiə Nazirliyi, Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi hesabat və bəyanatlardan başqa, hazırda hər hansı əlavə məlumat verə bilmir.

Xatırladaq ki, ötən gün Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılmışdı.

Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin