Kiprlə Qəzza arasında su yolu ilə humanitar dəhlizinin açılması təklif edilib

2023/11/2023--1699878325.jpg
Oxunub: 31744     15:58     13 Noyabr 2023    
Fələstin Baş naziri Kiprlə Qəzza arasında su yolu ilə humanitar dəhlizinin açılmasını təklif edib.

Ordu.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstin Baş naziri Məhəmməd Ştaye müsahibə zamanı bildirib.

Fələstin hökumətinin rəhbəri BMT-ni Qəzzaya humanitar yardım göndərməyə çağırıb.

O qeyd edib ki, Qəzza zolağında humanitar vəziyyətin qaydaya salınması üçün görülən işlər Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi ilə məhdudlaşmamalıdır.

Ştaye Kipr və Qəzza zolağı arasında su yolu ilə humanitar dəhlizinin açılmasını təklif edib.

Fələstin Baş naziri İsraili müharibə cinayəti törətməkdə ittiham edib:

“Xəstəxanalara zərbələr endirmək və onları yanacaqdan məhrum etmək yalnız müharibə cinayəti adlandırıla bilər”.

Xatırladaq ki, ötən gün axşam Qəzza zolağı hökumətinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İsrailin zərbələri nəticəsində anklavda ən azı 22 xəstəxana və 49 tibb mərkəzi fəaliyyətini dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kipr   Qəzza  


Bizi "telegram"da izləyin