Ermənistana gələnlərin sayı kəskin artıb, miqrasiya saldosu mənfi olaraq qalır

2023/04/99-10-1681983009.jpg
Oxunub: 22817     15:16     10 Noyabr 2023    
2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistanın sərhəd-keçid məntəqələri vasitəsilə 3 milyon 671 min 691 vətəndaş Ermənistana daxil olub ki, bu da son 9 ayın göstəricisi ilə müqayisədə görünməmiş yüksək göstərici və ötən ilin müvafiq dövrünün göstəricisindən 53 faiz çoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin Ermənistanın demoqrafik göstəriciləri ilə bağlı dərc etdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, 2022-ci ilin hesabat dövründə Ermənistanın sərhəd-keçid məntəqələrindən 2 milyon 396 min 372 vətəndaş daxil olub, 2 milyon 393 min 413 vətəndaş çıxıb.

“Sərhəd qeydiyyatının ümumi saldosu 2959 (miqrasiya saldosu müsbətdir) təşkil edib, yalnız Ermənistan sənədləri ilə sərhəd qeydiyyatının saldosu -48230 (miqrasiya saldosu mənfidir) olub. Başqa sözlə, qeyd olunan müddətdə 48 230 Ermənistan vətəndaşı olan şəxs Ermənistana qayıtmayıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistanın sərhəd-keçid məntəqələri vasitəsilə Ermənistana daxil olan 3 milyon 671 min 691 vətəndaşdan 1 milyon 482 min 914-ü Ermənistanın sənədləri ilə sərhədi keçib. Həmin dövrdə Ermənistanın sərhəd-keçid məntəqələrindən 3 milyon 682 min 325 vətəndaş gedib ki, onlardan 1 milyon 509 min 887-nin sənədi Ermənistana məxsus olub. Sərhəd qeydiyyatının, o cümlədən Ermənistan sənədlərinin balansı -26 973, yəni miqrasiya saldosu mənfi olub. Belə çıxır ki, əvvəlki ilin 9 ayı ilə müqayisədə Ermənistana qayıtmayanların sayı yarıbayarı azalsa da, mənfi salto davam edir. Qeyd olunan dövrdə vətəndaşların əksəriyyəti (1 961 313) “Zvartnots” keçid məntəqəsindən Ermənistana daxil olub. Quru keçid məntəqələri arasında isə Ermənistan-Gürcüstan “Baqrataşen” keçid məntəqəsi ən işlək məntəqə olub. 1 079 362 vətəndaş Ermənistana daxil olub və 1 121 527 vətəndaş gedib”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Statistika-Komitəsi  


Bizi "telegram"da izləyin