“Past”: Ermənistan hökumətinin iclaslarının gündəliyinə daxil edilən məsələlərdən ən çox 10 faizi haqqında məlumat verilir

2023/11/timth-1699517006.jpg
Oxunub: 26900     12:21     09 Noyabr 2023    
Heç kimə sirr deyil ki, demokratiyanı özünün “inqilab brendi” hesab edən və Ermənistanı “demokratiyanın qalası” elan edən hakim gücün hökumətinin iclaslarının gündəliyinə daxil edilən məsələlərdən ən çox 10 faizi - 3-4 məsələ haqqında məlumat verilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bunlar adətən ictimaiyyətə “satış” elementləri olan və haqqında sonsuz danışıla bilən suallardır.

“Hakimiyyət dəyişikliyindən bir il sonra Nikol Paşinyan bu sahədə də “inqilab” edib və sadə, şəffaf idarəçilik həyata keçirmək, xalq qarşısında hesabat vermək vədləri ilə hakimiyyətə gələn qüvvə ən qapalı və gizlin olub. Yeri gəlmişkən, maraqlıdır ki, hökumətin rəsmi saytında hökumət iclaslarının gündəliyi yalnız 2018-ci ildən sonrakı dövr üçün saxlanılır. Bundan əvvəl alınan qərarlar var, amma iclasların gündəmləri yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət  


Bizi "telegram"da izləyin