Zəfər Günü Şəki, Zaqatala və Oğuzda da qeyd olunub

2023/11/12123-1699447505.jpg
Oxunub: 28192     16:28     08 Noyabr 2023    
8 noyabr - Zəfər Günü münasibəti ilə Şəki, Zaqatala və Oğuzda bayram tədbiri keçirilib.

Ordu.az-ın məlumatına görə, Şəkidə keçirilən tədbir Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib.

Tədbirdə rayonun icra başçısı Elxan Usubov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Zəfər Günü Zaqatalada da böyük sevinc və qürur hissi ilə qeyd edilib. Rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə bildirilib ki, bu zəfəri xalqımıza yaşadan yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, əsgərlərimizlə fəxr edirik.

Oğuzda keçirilən tədbir Rayon İcra Hakimiyyətinin qarşısından yürüşlə başlayıb və Şəhidlər Xiyabanına qədər davam edib. Zəfər Günü münasibətilə keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müharibə əlilləri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəfər-Günü   Şəki   Zaqatala   Oğuz  


Bizi "telegram"da izləyin